image-002backend

Dumanlı dağlar gözəli Şuşa

image-reklam_sirab_01

“Həsrət və qüssə dolu uzun illərdən sonra 8 may tarixi bizim üçüntamamilə başqa məna kəsb edir. Bu gün Şuşa azaddır!. Ali baş komandanın rəhbərliyi ilə düşməni sarsıdan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən rəşadətli əsgər və zabitlərimizin, Silahlı Qüvvələrimizin mərdliyi,iradəsi, ruh yüksəkliyi qarşısında baş əyirik.Vətən naminə həlak olmuş bütün şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm!Şuşa bizimdir!” -Mehriban Əliyeva.

“Əziz Şuşa , biz səni dirçəldəcəyik !” – deyən Prezident İlham Əliyev 1992-ci ildən bəri işğal altında olan bir yurdu çox gözəl günlərin gözlədiyindən xəbər verir. 29 il işğal altında olan , bu müddət ərzində viran qoyulmuş Xarıbülbülün məskəni 2020-ci il 8 noyabr tarixindən etibarən düşmən caynağından azad edilmişdir və dirçəldilməyə hazırdır.
Şübhəsiz ki , azad edildikdən dərhal sonra şəhərə , onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış , bərpa işlərinə başlanılmışdır.
Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini demişdi. Həmin qeyd olunan sərəncam ölkə başçısı tərəfindən artıq 2021-ci il 7 may tarixində imzalandı. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına “töhfə verən” digər dövlətlərə də mesajdır. Azərbaycan İslam memarlığının, Qarabağ şəhərsalma ənənələrinin, Şuşanın türk-Cavanşir nəslinin yadigarlarından olan Yuxarı Gövhərağa məscidinin fars memarlıq abidəsi adı ilə “restavrasiya”sına, özgələşdirilməsinə cəhd edilməsiriyakarlıqdan , saxtakarlıqdan başqa bir şey deyildir. Düşmənə və düşmən ruhlu olanlara da yaraşan elə budur .

Hər bir Azərbaycanlının qəlbində özünə taxt quran, Dumanlı dağlar gözəli Şuşa şəhəri hələ qədim zamanlardan bəri Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur. Şuşa şəhər qədim abidələrinin sayının çoxluqu ilədə seçilir.
1400 metrlik hündürlükdə uça dağlar başında olan bu şəhər şəlalələri, bulaqları, valeh edici yaşılıqlı meşələri, başı dumanlı sıldırımlı dağları ilə özünə xas təbiət mənzərəsi yaradır.
Onun əsrarəngiz təbiəti neçə neçə incəsənət xadimləri yetişdirmişdir.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü.

Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Mirzə Muxtar, Haşım bəy Vəzirov, Nəcəf bəy Vəzirov, Zülfüqar Hacıbəyli, Əhməd Ağdamski, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyli, Bülbül, Niyazi, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya, Süleyman Ələsgərov, Məhluqə Sadıqova, Cəlil Bağdadbəyov, Heydər Şəmsizadə, Zakir Bağırov, Əşrəf Abbasov, Məhərrəm Əlizadə, Nəsir Sadıqzadə, Firəngiz Mütəllimova bu şəxsiyyətlər Azərbaycanın mədəniyyət və incəsənnətinə böyük töhfələr vermişdir. Qafqazın
mədəniyyət incisi olan Şuşa şəhərimiz bədnam düşmənlərimizində nəzərindən kənarda olmamışdır.
8 may 1992- ci il o vaxtdan 29 illik həsrət niskini çəkilmişdi xalqımın qəlbinə. İgid oğullar yurdu olan diyarımızı neçə hiylələr, xəyanətlərlə mənfur düşmən işğal etmişdi. Hələ bununlada kifayətlənməyən düşmənlərimiz, bu şəhərdə olan tarixi- mədəniyyət abidələrimizi dağıtmış, məscidlərimizi təhqir etmişdilər.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Göhər ağa məscidini, Aşağı Göhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeynin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.
8 noyabr 2020 ci il də Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Ordumuz Azərbaycanın mədəniyyət İncisini işğaldan azad etdi.
Vətənimizin mərd, igid oğulları uca sıldırımlı dağları ram edərək Şuşanı azad etməyə nail olmuşlar. Coğrafi strateji yüksəklikdə olan şəhərin azad olunması bir çoxlarında böyük heyrət doğurub. Qüdrətli Ordumuzun Qəlbində ki, Vətən sevgisi hər şeyə qadırdı. Hal-hazırda Şuşanın azad olunması əməliyyatı bir çox tanınmış hərbi məktəblərdə öyrənilir.
Artıq Xarıbülbül ətirli Şuşamız Azaddır. Dumanli dağlar gözəli Şuşa şəhərimiz Prezidentimiz tərəfindən Azərbaycanın Mədəniyyət paytaxtı elan olunmuşdur.
Hal hazırdada Şuşa şəhərində bərpa işləri gedir. Dağıdılmış abidələrmiz bərpa olunur.
Sonda məqaləmi Ali baş komandan İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm;
QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!.

Nəsimi rayon Gənci
Əliyeva Rəfiqəxanım.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki