Ukraynanın və dünyanın ən yaxşı hərbi pilotlarından biri hesab olunan polkovnik Oleksandr Oksançenko hava döyüşlərində həlak olub.
Veteninfo.az-ın “RBK-Ukraina”ya istinadən xəbərinə görə, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölümündən sonra Ukraynanın Qəhrəmanı tituluna layiq görülüb.
Ukrayna Silahlı Qüvvələrinin “Telegram” kanalında bildirilib ki, pilot Rusiya təyyarələrini yayındırarkən vurulub.