image-img-20210726-wa0024backend

E.Həbibullayev: Elektron qəbul sistemi Nizami rayonundan start götürəcək-ÖZƏL

image-reklam_sirab_01

Ölkə başçısının dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaq qəbuluna dair elektron xidmətin yaradılması sahəsində işlər başa çatdırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Veteninfo.az-a bildirib ki, cari il avqust ayının 2-dən etibarən paytaxtın məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına start veriləcək:
“Pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər başa çatıb. Artıq valideynlər evdən çıxmadan, elektron qaydada bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək, övladlarını paytaxtın uşaq bağçalarına qeydiyyata saldıra biləcəklər.
Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanların təhlili, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək. Sisteminin tətbiqi Nizami rayonunda pilot layihənin gerçəkləşdirilməsindən sonra paytaxtın digər rayonlarında da mərhələli şəkildə həyata keçiriləcək. Elektron qəbul sistemi ilə yanaşı təlim – tərbiyə prosesində yeni, innovativ yanaşmanın tədbiq olunması üzərində işlər gedir. Bu barədə yaxın zamanda daha ətraflı açıqlama veriləcəkdir”.

image-img-20210726-wa0025
Aparat rəhbəri bundan əlavə, Aparat rəhbəri BŞİH-in digər xidmət sahələrində də elektronlaşmanın və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını bildirib.
Qeyd edək ki, ötən il Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev dövlət bağçalarında neqativ halların olmasına münasibət bildirmişdi.
Aparat rəhbəri qeyd etmişdir ki, Bakıda məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçirildikdən sonra şəffaflıq təmin ediləcək: “Bakı Şəhər İcra Hakimiyyətinə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı müəyyən şikayətlər daxil olur. Vətəndaşlar müəssisəyə müraciət edirlər və bəzi hallarda qərəzli şəkildə “yer yoxdur” cavabı alırlar. Elektron formata keçdikdən sonra bunun qarşısı alınacaq, bu sahədə tam şəffaflıq olacaq. Yəni, vətəndaşlar elektron qaydada müraciət edəcəklər, uşaqlar növbəlilik əsasında qəbul olunacaqlar. Şəffaflığı təkcə inzibati üsullarla təmin etmək olmur. Ona görə də elektron formanın tətbiqi məqsədəuyğun hesab edilir” .
Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlardada elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcəkdir.
Elgin Həbibullayev həmçinin qeyd etdi ki, yeni layihənin tətbiqi ilə bağlı İdarə tərəfindən müvafiq monitorinqlər aparılacaq, qəbul prosesi daimi nəzarətdə saxlanılacaqdır. Əlavə olaraq, bağçalarda təlim-tərbiyə prosesini əhatə edən yeni innovativ layihələr və yeniliklər də hazırlanır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki