image-03e27d12-f4da-3bc6-9b90-fb1ce7833587backend

Ekspert: “Mediaya münasibətdə Rusiya hansı addımları atıbsa, biz də o addımı atmalıyıq”

image-reklam_sirab_01

“Sirr deyil ki, Azərbaycanda Rusiyanın təsiri ölkə daxilində hələ də bəlli bir şəkildə qalır. “Beşinci kolon” söhbəti uydurma deyil”.

Bunu Veteninfo.az-a açıqlamasında media eksperti, teletənqidçi Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, Ukraynada müharibənin gedişatından məlum olur ki, Azərbaycanda Rusiyanın mənafeyini qoruyan, onun təbliğatını aparan xeyli sayda insan var.

Q.Məhərrəmlinin fikrincə, əvvəllər bu, gizli baş verirdisə, indi açıq-aşkar müstəvidə cərəyan edir: “Onlar Rusiyanı, Vladimir Putin hakimiyyətini müdafiə edirlər. Hesab edirəm ki, bu adamlar Azərbaycan üçün birmənalı şəkildə təhlükədirlər. Kiminsə Rusiyaya, Türkiyəyə, ABŞ-a və ya Fransaya rəğbəti ola bilər. Amma bütün bunlardan öncə bizim üçün Azərbaycan, onun maraqları və mənafeyi var. Biz birinci növbədə torpağı üzərində yaşadığımız bu Vətənin maraqları üçün çalışmalıyıq”.

Rusiyanın Azərbaycanda maliyyələşdirdiyi media qurumlarından danışan ekspert bildirib ki, belə məsələlər ikitərəfli müqavilələr əsasında reallaşdırılır: “Yəni, Rusiyada Azərbaycan mediası fəaliyyət göstərir, Azərbaycanda da Rusiya mediası təmsil olunur. Hüquqi baxımdan elə bir ciddi problem yoxdur. Söhbət onların yaydığı məzmundan və kontentdən gedir ki, o, nə dərəcədə obyektiv və düzgündür. Yaxud yalanlara söykənmir. Azərbaycanda Rusiyanın maliyyələşdirdiyi “Sputnik” agentliyi və digər kanallar fəaliyyət göstərir. Maraqlıdır ki, onlar nə dərəcədə obyektiv məlumatlar verir. Bunları nəzərə almaq lazımdır”.
image-191814_0cfa57isv5

Ekspert hesab edib ki, əgər Azərbaycan əleyhinə yanlış, qəsdən, qərəzli məlumatlar yayılırsa, bu, həmin qurumların nəzərinə çatdırılmalıdır: “Yanlışlıqlar təkrarlanarsa, onların ölkədən deportasiyası istiqamətində addımlar atıla bilər. Yaxud onların Azərbaycanda yayımlanmaması üçün tədbirlər görülməlidir. Necə ki, Azərbaycanın rusdilli bir neçə saytı haqqın.az, minval, oxu.az və başqa saytlarımızın Rusiyada yayımlanmasına qadağa qoyulub. Hesab edirəm ki, mediaya münasibətdə qarşı tərəf hansı addımları atıbsa, biz də o addımı atmalıyıq. Çünki biz qarşılıqlı hörmətin tərəfindəyik”.

Azərbaycanla Rusiya arasında Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalandığını xatırladan Q.Məhərrəmli vurğulayıb ki, həmin sənədin şərtlərinə əməl olunmalıdır: “Biz həm Rusiyanın dövlət maraqlarına hörmətlə yanaşmalıyıq, eyni zamanda Rusiyadan da Azərbaycanın dövlət və təhlükəsizlik maraqlarına xidmət etməsini tələb etməliyik. Başqa cür əməkdaşlıq mümkün deyil”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki