image-reklam-veteninfo
image-1backend

Ekvador hökuməti ölkədə genişmiqyaslı həbslərə başladı

image-reklam-veteninfo

Ekvador hərbçiləri və polis əməkdaşları cinayətkar dəstənin 329 üzvünü həbs edib, daha 5 nəfəri məhv ediblər.

Vətəninfo.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə , bu barədə yanvarın 10- da Ekvador silahlı qüvvələrinin birgə komandanlığının rəhbəri Xayme Vela Eraso məlumat verib .

“61 müxtəlif çaplı silah, 418 güllə, 24 partlayıcı qurğu ələ keçirdik, 329 terrorçunu həbs etdik. 41 nəfər əsirlikdən azad edilib. 5 terrorçunu məhv etdik”, o, “Ecuavisa” telekanalının yayımladığı konfransda deyib. Komandanlıq rəisi qeyd edib ki, üç silahlı cinayətkar qrupla toqquşmadan sonra təhlükəsizlik qüvvələri qaçan 28 məhbusu həbsxanalara qaytarıb.

Vela Eraso əlavə edib ki, iğtişaşların baş verdiyi həbsxanaların ərazisində ölən girovlar olmayıb. Rəsmi məlumatlara görə, Ekvador həbsxanalarında azı 139 nəfər silahlı dəstə üzvləri tərəfindən girov saxlanılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki