Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, Əməkdar hüquqşünas Eldar Əfəndiyev vəfat edib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Eldar Əfəndiyevin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Bundan sonra fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi kimi davam etdirib.