image-fd33edb8-947d-408d-af69-bdb94b368a2cbackend

Eldar Əzizov: “Qaribaşvili İlham Əliyevi lider, ağsaqqal adlandırdı”

image-reklam_sirab_01

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının elmi müzakirəsinə həsr edilən dəyirmi masada çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəxsiyyət faktorundan haqqında danışarkən bildirib ki, “bu gün dövlətimizə dahi bir insan rəhbərlik edir. Onun səyləri nəticəsində ölkəmiz keyfiyyətcə dəyişir və Qarabağ müharibəsinin qalibi kimi çıxış edir.

Bu xaricdə də qeyd edilir. Ötən ay mən Tbilisidə səfərdə olarkən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüş zamanı qonşu dövlətin rəhbəri görüş iştirakçılarına xitabən qısa vaxt ərzində iki dəfə İlham Əliyevin lider, ağsaqqal olduğunu xüsusi qeyd edib. Digər dövlət rəhbərinin Prezident İlham Əliyev haqqında işlətdiyi bu ifadə isə adi və sıradan olan məsələ deyildir”.
Tədbirdə qeyd edilib ki, bu kitab nəinki ölkəmizdə, eləcə də post-sovet məkanında Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olub.
Müzakirələr zamanı bildirilib ki, bu kitab artıq Azərbaycan, rus və türk dillərində dərc olunub, hazırda ingilis dilində nəşrlə bağlı işlər başa çatmaq üzrədir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki