image-modern-az-03-08-2021-1627976275backend

“Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” – Komitə sədri

image-reklam_sirab_01

“Təəssüflər olsun ki, bu gün biz müzəffər Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”.

Veteninfo.az  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deyib.

“Yerlibazlıq etməli deyilik. Cəmiyyəti qıcıqlandıracaq hərəkətlərə yol vermək olmaz. Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi, daha yaxşı olardı. Biz onunla YAP-da da siyasi həmfikir olmuşuq. Hesab edirəm ki, cəmiyyətin də diqqəti bu müzakirələrdir. Cəmiyyət görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”, – deyə komitə sədri qeyd edib.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir. Növbədənkənar iclasda “Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki