image-230be74f-89f6-30cc-8a57-1ad7bc3dc749_850backend

Əli Hüseynli: “Milli Məclislə Ombudsman Aparatı arasında əməkdaşlıq yüksək səviyyədədir”

image-reklam_sirab_01

“Milli Məclislə Ombudsman Aparatı arasında əməkdaşlıq yüksək səviyyədədir”.

Bunu Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli oktyabrın 19-da Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında çıxışı zaman deyib.

Onun sözlərinə görə, son illər biznesin insan hüquqlarının reallaşmasına təsiri, bu haqların pozulmasına görə məsuliyyət ciddi tədqiqat mövzusuna çevrilib: “Ombudsman Aparatı da ötən 20 il ərzində insan hüquqlarının qorunması sahəsində böyük uğurlara imza atıb. Bu gün insan hüquqları ilə bağlı milli qanunvericiliyin formalaşmasında parlament və Ombudsman Aparatı ilə əməkdaşlıq yüksək səviyyədədir. Eyni zamanda Ombudsman beynəlxalq səviyyədə də uğurlu əməkdaşlıq edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki