image-elsadbackend

Elşad Hacıyev-Ev şəraitində müalicə olunan şəxslər müxtəlif metod və üsullarla 24 saat diqqət mərkəzində saxlanılır.

image-reklam_sirab_01

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Veteninfo.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, nəzarət məqsədilə koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə olunan şəxslər və onların ailə üzvləri ətrafında nəzarət profilaktik tədbirlər gücləndirilib.

“Ev şəraitində müalicə olunan şəxslərin ictimai yerlərdə – ictimai nəqliyyatda, metroda, avtobusda, mağazada, parklarda və digər ünvanlarda hərəkətini məhdudlaşdırmaq üçün əlavə olaraq, maarifləndirmə işinin təşkilinə xüsusi diqqət göstərilir”–deyən Elşad Hacıyev əlavə edib ki,Respublika ərzində polisin naryad qrupları tərəfindən ev şəraitində müalicə olunan şəxslər müxtəlif metod və üsullarla 24 saat diqqət mərkəzində saxlanılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki