image-64backend

Ən ucuz əşya 20 qəpiyə, ən bahalısı 350 manata satılır – BAZARDAN REPORTAJ

image-reklam_sirab_01

Bir-iki manata qab-qacaq, rəngbərəng pal-paltar, bədii kitablar… Tapılması mümkün olmayan hər cür xırdavat malları, məişət əşyaları bu bazarda satılır. Gəl, ay müştəri…

“Report”un əməkdaşı ötən həftənin bazar günü “Bit bazarı”na baş çəkib, alverçilərlə həmsöhbət olub, qiymətlərlə maraqlanıb.

Paytaxtın Sabunçu rayonunda “Bit bazarı” kimi tanınan ərazidə ən ucuz əşya 20 qəpiyə, ən bahalı mal isə 350 manata satılır. Bu bahalı əşya isə “ikinci əl” qədim samovardır…

Bazarda satıcı işləyən Mübariz Kazımov deyir ki, alıcılar arasında ən çox maraq “ikinci əl” məişət əşyalarına – qab-qacaq və ütüyə göstərilir: “Mağazalarda 30-40 manata satılan ev telefonları burada az işlək vəziyyətdə 5-6 manata təklif olunur. Tozsoranların qiyməti isə 20-25 manat təşkil edir”.

1991-ci ildən alverlə məşğul olduğunu söyləyən M.Kazımov bildirir ki, bazarda gündəlik qazancı satışdan asılıdır: “Burada hər bazar günü, təxminən, 30-40 manat qazanıram, min bərəkət…”

Alverlə məğul olan Fəzail Ruhani isə qeyd edir ki, bazarda daha çox qədimi əşyalar satır: “Köhnə əşyaları alıram, 5-10 manat bahasına satıram”.

Qeyd edək ki, “Bit bazarı” paytaxt ərazisində yalnız bir məkanda və bazar günləri təşkil olunur. Bazarda “ikinci” və “üçüncü əl əşyaları”, tikinti malları, hər növ geyimlər və aksesuarlar tapmaq mümkündür.

Nə deyirik, Bazar olsun!

Foto/Video: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki