image-25backend

Erməni miflərinə son qoyan qələbə!

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi, “biz hal-hazırda xüsusi şanlı tariximizi yaşayırıq… Biz tarixi ədaləti bərpa edirik…”. Gözümüz önündə rəşadətli ordumuz 44 gündə erməni ordusunun yenilməzliyi haqqında mifi şam kimi əritdi. Həqiqətən, yaşadığımız tarixi dövr – miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür!
Göründüyü kimi, Ermənistan yanlış yolda idi, işğalçı siyasətindən heç cür dönmək istəmirdi. Düşmən anlamırdı ki, belə bir qəsbkarlıq niyyəti onlara ağır başa gələcək, Azərbaycan əzəli-əbədi torpaqlarının tapdaq altında qalması ilə qətiyyən razılaşmaya­caq. İşğalçı isə bu zaman himayədarlarına güvənərək, müharibəni dayandıracağına ümid bəsləyirdi.
Ancaq ölkə Prezidentinin vurğu­ladığı kimi, düşmənin bu cür təsəvvürünün əksinə olaraq, bütün Azərbaycan xalqı bir amalla yaşayır, işğala son qoyulmasını, qəsbkarın torpaqlarımızdan qovulmasını, öz dədə-baba yurdlarına qayıtmalarını istəyirdi: “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıt­mışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”.
Prezident İlham Əliyev Kəlbəcərdəki çıxı­şında Azərbaycanın çoxəsrlik tarixində İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərə bənzər qələbə olmadığını diqqətə çatdıraraq, vurğuladı ki, 44 günlük savaşla bağlı artıq kifayət qədər məlumatlar var. Müharibənin gedişatı hər kəsə məlumdur: “Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar”. Bəli, gələcək nəsil erməni vəhşiliyini heç zaman unutmayacaq. Çünki düşmən 30 il ərzində işğal etdiyi əraziləri xarabalığa çevirib, daşı daş üstə qoymayıb. Məscidləri, məzarlıqları dağıdıb. Yaşıllıqları doğra­yıb, təbii sərvətlərimizi talan edib. Yaşayış məntəqələrimizin adlarını erməniləşdirib, bu yerlərdə qanunsuz məskunlaşma aparıb. Xaricdə yaşayan soydaşları üçün qəsəbələr salıb.
Bütün bu sadalananlar erməninin da­ğıdıcı xarakterindən xəbər verir. Bu, dünən də belə olub, sabah da belə davam edəcək. Düşmən öz xislətini heç vaxt dəyişməyəcək. Azərbaycan Prezidenti çıxışında bu barədə dedi: “Zaman dəyişir, erməni faşizmi isə dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır.”

Azərbaycan Dillər Universiteti tələbəsi
Əliyeva Zenfira Taleh qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki