image-1backend

Ermənistan Azərbaycanla bağlı Əsasnaməni təsdiqlədi

image-reklam_sirab_01

Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnaməni təsdiq edib və Konstitusiya Məhkəməsinə göndərib.

Bu Ermənistan höküməti iclasının birbaşa yayımında məlum olub.

Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb.

Qərarın layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki