image-03-1backend

Ermənistanın işğal ərazilərindəki ekoloji terroru

image-reklam_sirab_01

Ermənilər torpaqlarımızı  30  ilə qədər müddət ərzində işğal altında saxladığı müddətdə evləri,  binaları,  mədəniyyət abidələrini və sosial obyektləri məhv edib şəhərlərimizi viran qoymaqla yanaşı ərazilərimizdə ekoloji terror törədiblər,  təbiətimizi vəhşicəsinə talan ediblər.  Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub.

Ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası  o  qədər böyükdür ki,  onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Ermənilərin törətdiyi ekoloji vəhşilik,  meşələri,  flora və faunaları məhv etməsi,  çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil,  bütün dünyaya qarşı bir cinayətdir,  çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub.

Qubadlı rayonu qərbdən  120  km məsafədə Ermənistan Respublikası ilə,  şimaldan Laçın,  Xocavənd rayonu,  şərqdən Cəbrayıl,  cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir.

Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardı ki, işğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.

Qubadlı həm də öz faydalı qazıntı ehtiyatları ilədəzənginidi.Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı vardır. Bu təbii ehtiyatlar işğal illərində vəhşicəsinə istismar edilərək Ermənistana daşınıb.

Kiçik  araşdırma aparsaq ermənilərin təbiətə qarşı törətdiyi vəhşiliyin nə qədər böyük miqyasda olduğunu aydın görə bilərik.  İşğaldan azad olunmuş Zəngilan,  Ağdam,  Kəlbəcər,  Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb.  Yəni işğal dövründə bütün maddi sərvətlər talan olunub,  meşələr kəsilərək satılıb,  təbii resurslar qarət edilib.

Ermənilər həmçinin su və çaylar vasitəsilə ekoloji terror törədiblər. Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalıb. Bunun nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur.

Ermənistan tərəfindən ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətlər beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanmalı və Ermənistan bu ekoloji terrora görə cavab verməlidir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyasının tələbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki