Tanınmış jurnalist Aleksey Venediktov “Exo Moskvı” radiosunun baş redaktoru vəzifəsindən çıxarılıb.
Bu barədə “Exo Moskvı” radiostansiyasının Direktorlar Şurası qərar qəbul edib.
Qeyd edək ki, martın 3-də “Exo Moskvı” radiosunun ləğv edilməsi haqqında qərar verilib. Radionun Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının əleyhinə təbliğat apardığına görə bağlandığı bildirilir.