image-manshet_5fabeaf7b7b76backend

Əziz Şuşa, biz qayıtmışıq!

image-reklam_sirab_01

Bir müddət əvvəl Simurq quşu haqqında bir əfsanə eşitmişdim. Həmin əfsanəyə görə Simurq quşu zamanı çatanda öz-özündən alışıb yanır və külə dönür.Amma sonradan öz küllərindən yenidən yaranır.Şuşa mənə əfsanəvi Simurq quşunu xatırladır.Çünki bir vaxtlar məscidləri, mədəniyyət ocaqları və tarixi abidələri sırf azərbaycanlılara aiddir deyə dağıdılan Şuşa üçün öz küllərindən yenidən doğulmaq vaxtı gəlib.Bundan sonra Şuşa başı dumanlı yuxularımıza girməyəcək.Ona görə ki, daha Şuşada yallı gedən sərxoş erməni siyasətçiləri olmayacaq.Bundan sonra Bülbülün,Natəvanın, Üzeyirin,Xanın ruhu rahat olacaq.Çünki vətənimin qəhrəman oğulları Şuşanın başındakı dumanı öz canları,qanları bahasına dağıtdılar.Axı düşmənin əlində təkcə Şuşa əsir deyildi.Natəvanın şeiri, Xanın səsi, Pənahəli xanın ruhu ,Üzeyirin bəstəsidə bu neçə ildə düşmənin əlində əsir idi.Onların narahat ruhları bu əsirlikdən Azərbaycan əsgərinin ayağı Şuşa torpağına dəyən günü azad oldu.Kim bilir, bəlkə də qəhrəman oğullarımız Şuşada düşmənlə əlbəyaxa olub,onların canına vəlvələ salanda Pənahəli xanın ruhu onları “haydi igidlərim” deyə döyüşə səsləyirmiş.Ermənilərin Terminator adlandırdığı igidlərimiz şəhidi,yaralısı çiynində o dağları qalxanda yəqin ki, Natəvan anamız onlar üçün dua edirmiş.Ya da qanı bu torpağda min il əvvəl ölən şəhidimizin qanına qarışan igidimizə Xan Şuşinski qarabağ şikəstəsi ilə lay-lay çalırmış.Bəlkə Şuşa özü də bacarsaydı torpağı yarıb erməniləri yerin altına gömərdi. Bizim zəfər çalmağımız üçün “övladlarım gəldi”deyib qapılarını taybatay açardı.
Bu zəfər yürüyüşü başlayan gündən biz Şuşanı gözlədik.Hər şəhər,hər kənd, hər qarış torpaq alındıqca “Şuşaya bir addım da yaxınlaşdıq” dedi hamı.Bu 44 gün ərzində bütün Azərbaycan hər axşam Şuşanın azad olunma xəbərini eşitmək eşqi ilə yatdı.Həmin gün,8 noyabr tarixində mən Şuşanın azərbaycanlılar üçün nə qədər əziz olduğunu bir daha başa düşdüm. Şuşanın azad olunma xəbəri bütün Qarabağın azad olunma xəbərinə bərabər idi.Şuşanın azad olunduğu gün küçələrdə olan çoşqu,izdiham, zəfər günündə olan çoşquyla eyni idi.Hamı deyirdi ki,Şuşa dağların qoynunda alınmaz qaladı.Şuşa kimdədisə üstünlük ondadı.Amma heç kim bir gün belə ümüdünü kəsmirdi.Çünki hamı bilirdi ki, Şuşasız zəfər olmaz.

Şuşa!Mənim gözəl yurdum,bilirəm ki,deməyə çox sözün var.Bəlkə də bizə əsir olduğun bu neçə ildə çəkdiyin əzablardan,gecə-gündüz dediyin ah-nalədən danışmaq istəyirsən. Ya da illər sonra müqəddəs torpağına övladlarının ayağı dəyəndə,məscidlərinin dağıdılmış minarələrində Azərbaycan əsgəri azan verəndə, gözlərindən axan sevinc göz yaşından söhbət etmək istəyirsən.Indi dağlarında igidlərin keşik çəkəndə necə xoşbəxt olduğunu bilirik.Sənə söz veririk ki,bu xoşbəxtliyin daimi olacaq.Çünki biz qayıtmışıq.Əbədi qayıtmışıq.Səni dirçəltmək üçün qayıtmışıq.Səndə Simurq quşu kimi küllərindən yenidən doğulacaqsan,yenidən dirçələcəksən.Amma səni biz dirçəldəcəyik.Sən yenidən Şuşa olacaqsan.Axşamüstü hər yerində Xanın səsi eşidiləcək.Bundan sonra “başı dumanlı” olmayacaqsan,mədəniyyətimizin paytaxtı olacaqsan.

 

Nəsimi Rayon gənci
Əliyeva Fidan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki