Gəncə Regional Mərkəzinə yeni rəis təyin olunub.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov və onun müavini mayor Ramin Orucov tutduqları vəzifələrindən azad edilərək başqa işə təyinat alıblar.
Vətəninfo.az-ın məlumatına görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmrlərinə əsasən, K. Aşurov nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin olunub.
R.Orucov isə Aran Regional Mərkəzinin rəisi təyin edilib.
Nazirin digər əmrinə əsasən FHN-in Şimal-Qərb Rəgional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.
FHN-nin Şimal-Qərb Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışan polkovnik Ceyhun Babayev sözügedən mərkəzin rəisi təyin olunub. bizim.media