image-45cc7d1c-7d65-3830-b902-12c7e573d9df_850backend

Fransada gələn həftə ümummilli tətil başlayır

image-reklam_sirab_01

Fransanın böyük həmkarlar ittifaqları oktyabrın 18-də ümummilli tətil keçirməyə razılaşıblar.

Bu barədə həmkarlar ittifaqlarının yaydıqları birgə bəyanatda deyilir.

Həmkarlar ittifaqları tərəfdarlarını şəhərlərinin prefekturaları qarşısında etiraz aksiyası keçirməyə çağırıb.

Tətilin keçirilməsinə səbəb hökumətin siyasətinə etiraz olaraq aksiyalar təşkil edən neft emalı zavodu və yanacaq anbarı işçilərini işə getməyə məcbur etmək cəhdləridir.

Onlar, həmçinin təhsil müəssisələrində keyfiyyətin və şəraitin yaxşılaşdırılması, maaşların, pensiyaların, subsidiyaların artırılmasını tələb edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki