“Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat vasitəsi olan AZAL-ın biletlərinin qiyməti nəinki vətəndaşlara ağır maliyyə yüküdür, hətta şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir”.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib.
“Müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan kompaniyanın vəziyyətinə diqqət yetirmək lazımdır. Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə – Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırki idarəçilik modeli dəyişməlidir”, – deyə komitə sədri AZAL-ın fəaliyyətini tənqid edib.modern