Vətəninfo.az İSNA-ya istinadən xəbər verir ki, İran ordusunun Şimal-Qərb bölgəsinin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, ikinci briqada generalı Abbas Əzimi deyib:
“İran İslam Respublikası özünün yerli potensial və imkanlarına arxalanaraq, regionda ən böyük dron parkına sahibdir”.
O, Şərqi Azərbaycan əyalətində yerləşən silahlı qüvvələrin komandirlərinin toplantısında bildirib:
“Bu gün İran dronları istənilən vaxt və məkanda hər hansı təhlükə ilə mübarizə aparmağa və hər cür missiyanı yerinə yetirməyə hazırdır”.


























