image-9e968a1e-40fa-43c0-a3d5-d665d190332cbackend

Gürcüstan-Azərbaycan münasibətlərində yeni təkan

image-reklam_sirab_01

 

Ermənistan işğalçılıq siyasəti yürütməklə Cənubi Qafqazda özünü ikitərəfli və üçtərəfli foramatda regional əməkdaşlıqdan təcrid edib

Azərbaycan Cənubi Qafqazda lider ölkə olaraq beynəlxalq və regional əməkdaşlıq baxımında təşəbbüskarlığı ilə seçilir. Artıq bir çox regional layihələrdə Azərbaycan nəinki aparıcı, hətta açar rolunu oynayır. Məhz Azərbaycanın dəstəyi ilə Cənubi Qafqazda bir sıra regional və beynəlxalq layihələr icra olunub. Və bu layihələr artıq beynəlxalq tranzit rolunu oynayır. Dövlətimiz regional olaraq ikitərəfli və üçtərəfli formatda görüşlərə, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığa maraqlıdır. Bu gün Gürcüstanla da bu formada əməkdaşlıq yüksək səviyyədə aparılır. Prezident İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda bu haqda da öz fikirlərini bildirib: “Ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. 24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir”.

Gürcüstanla Azərbaycan tarixən qonşu dövlətlər olublar. Və tarixin bütün dönəmlərində bu iki ölkə arasında mehriban qonşuluq əlaqələri hökm sürüb. Cənab Prezidentin bəyanatında qeyd olunduğu kimi Gürcüstanla Azərbaycan arasında tarixi ənənələrə söykənən əməkdaşlıq var: “İki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur”.

Bu il Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyidir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olaraq istər regional, istərsə də qlobal məsələlərdə hər zaman dövlətimizin mövqeyini müdafiə edib. Bu gün iki qonşu dövlət arasında uğurlu əməkdaşlıq davam edir. Bu əməkdaşlıq ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir. Prezident İlham Əliyev Gürcüstanda verdiyi bəyanatda qeyd edib ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır: “Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda”.

İndiki zamanda regional əhəmiyyətə malik olan əməkdaşlıq daha mühüm önəm daşıyır. Cənab Prezident “Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır” deməklə məhz bunu nəzərdə tutub. Bu kimi əməkdaşlıq ölkələr arasında münasibətlərin bütün sahələrdə güclənmsinə xidmət edir.

Regional mehriban qonşuluq münasibətlərinin qurulması üçün hər hansı əməkdaşlıq formatına Ermanistandan başqa regionda heç bir dövlət zidd getmir. Bu gün Cənubi Qafqazda əməkdaşlıq formatının yaranmasına həm Azərbaycan, həm də Gürcüstan rəhbərliyi tərəfdar olduqlarını bir neçə dəfə bəyan edib. Bildiyimiz kimi, Qarabağ münqaişəsi ilə bağlı sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən aparıcı beynəlxalq təşkilatların da dəstəklədiyi bir sıra təkliflər verilib. Təəssüf ki, həmin təkliflər Ermənistan tərəfindən qəbul edilməyib. Prezident İlham Əliyev Gürcüstanda bir daha bəyanat verərək Ermənistanı sülh danışıqlarında yeni formatda görüşə dəvət edib: “Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Azərbaycanın niyyəti bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır”.

Ermənistan işğalçılıq siyasəti yürütməklə Cənubi Qafqazda özünü ikitərəfli və üçtərəfli foramatda regional əməkdaşlıqdan təcrid edib. Məhz buna görə də Ermənistan artıq bir sıra regional layihələrdən kənarda qalıb. Bütün bunların səbəbi Ermənistanın sülh üçün atılan addımlara adekvat cavab verməməsidir. Cənab Prezident Gürcüstan-Azərbaycan-Ermənistan görüşlərinin keçirilməsi təklifini verməklə bir daha sülhpərvərliyini nümayiş etdirib.

 

 

 

 

 

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki