Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 365 yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 620 639, ölənlərin sayı isə 16 306 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 539 413 nəfərin sağaldığı bildirilib.