image-download-1backend

Hacıqabul rayonunda infrastruktur layihələrinin icrası uğurla həyata keçir.

image-reklam_sirab_01

Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına təkan verib. Eyni zamanda bu, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına gətirib çıxarıb.

 

Hacıqabul rayonunda infrastruktur layihələrinin icrası uğurla həyata keçir. Vaxtında qəbul edilmiş siyasi-iqtisadi proqramlar əsasında hacıqabul rayonu inkişaf etmiş rayonlarımızdandır. Hacıqabul rayonunda qazlaşdırılma səviyyəsi güclənibx elektrik enerji ilə təmin sürətlə aparılır, o cümlədən, içməli su ilə təchizat xeyli yaxşılaşıb. Kənd yerlərində yolların bərpası işləri aparılır, 22 məktəb tikilib və təmir edilir. Bu inkişaflar nəticəsində Hacıqabul rayonu gələcək iqtisadi potensialını daha da gücləndirəcək. Eyni zamanda Hacıqabulda yeni yarımstansiya yaradılıb. Azərbaycan televiziyasına verdiyi müsahibədə Hacıqabulda açılışa verilən iki aqroparkın haqqında suallar verilib. Prezident qeyd edib ki, bu parkların qurulması kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək, məhsuldarlıq artacaq. Hacıqabul rayonunun əhalisi 77 mindir və məhsuldarlıq üçün Hacıqabul rayonu o  qədər də yüksək imkanlara malik deyildi amma burda qurulan aqroparklar bizim siyasi gücümüzdən xəbər verir. Eyni zamanda heyvandarlıq da inkişaf edir. Ümumilikdə 50-yə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Bu nəyin ki, Hacıqabul rayonu üçün eyni zamanda qonşuluqda olan rayonlarımızda müsbət təsir göstərəcək. Bunun üçün bəs qədər vəsait ayrılıb.

«Aqro Dairy» və «Azərsun»  aqroparkları kimi təsərrüfatlar Qarabağda da yaradılsın. 2017-ci ildən bugünə Hacıqabulda yaradılmış Sənaye Məhəlləsi istifadəyə artıq 5 müəssisə verib. Bunların arasında ən böyüyü əlbəttə ki, avtomobil zavodudur. Məhsuldarlıq yüksəlir və insanlar işlə təmin edilir.

Bu gün qeyri-neft sektoru sürətlə inkişaf edir və hazırda ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Prezidentimiz, cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycanın hədəfi ixracatı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Bu istiqamətdə də real uğurlar əldə edilir. Azərbaycan dövləti iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafında görür və ölkə iqtisadiyyatının dayanıqlı inkişafını müəyyənləşdirən sahələrdə islahatlar həyata keçirir. Məhz məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur və bu tendensiyanın davam etməsini şərtləndirən əlverişli investisiya-biznes şəraiti hökm sürür. Ən əsası, dövlətin qeyri-neft sektoruna dəstəyinin gücləndirilməsi iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək, növbəti illərdə həyata keçiriləcək çox ciddi islahatlar və dərin islahatlar vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracaqdır!…

 

Cənab Prezident işğaldan azad olunmuş torpaqlarda gedən bərpa işləri haqqında da danışıb. İ.Əliyev qeyd edib ki, indiki mərhələdə torpaqlarımızda bərpa işləri aparılır və minalardan təmizləmə prosesləri həyata keçirilir. İndi biz daha çox minaları təmizləmək üçün çalışırıq bu çox çətin və uzun işdir    ermənilər bizə minaların xəritəsini vermirlər. Bunda onların məqsədləri aydındır. Rayonlarımız arasında yollar çəkilir və əlaqələr qurulur. İlk olaraq Şuşa-Fizuli yolu daha sonra isə Horadiz-Zəngilan yollarının təməli nəzərdə tutulur. Bundan başqa bir çox avtomobil yollarının tikinti işləri başlanıb. Dağıdılmış torpaqlarımızda sürətlə yenidənqurma işləri görülür. Prezident İlham Əliyev müharibə zamanı   erməni tərəfinin Rusiyadan aldığı silahlar haqqında da danışıb. Onlar qaçaqmalçılıq ilə silah yığırdılar lakin müharibə zamanı qorxularından silahlarını atıb qaçırdılar. Azərbaycan əsgəri bunu sübut edib. Müharibə zamanı çox gizli işlər görmüşdür amma biz bunları vaxtı gələndə açıqlayırıq təbii ki, bütün dünyaya zaman lazım olacaq ki, həqiqətləri başa düşsünlər.

Əlizadə Zeynəb Kamran qızı

Nəsimi rayon gənci


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki