image-screenshot_20210501-153449_chromebackend

Haqqın.az saytı bu addımı da atdı…

image-reklam_sirab_01

29 aprel tarixində “Haqqın.az” saytında yayımlanmış “Fransa Ermənistanın tərəfində Azərbaycanla müharibəyə girir” adlı məqalədə müəllif Eynulla Fətullayev Fransanın ölkəmizə qarşı apardığı aqressiv siyasətin qarşılığında Milli Məclisin “passivlik göstərdiyini” qeyd etmişdi. Millət vəkili C. Feyziyev saytın redaksiyasına məktub göndərərək məqalədə Fransa siyasəti ilə bağlı irəli sürülən mülahizələri təqdir etdiyini, lakin Milli Məclisin susqunçuluq mövqeyi haqqında irəli sürülən iddianın qəbuledilməz olduğunu bildirib. Haqqın.az saytı bir gün sonra millət vəkilinin redaksiyaya etirazını da öz səhifələrində dərc edib.
Millət vəkili redaksiyaya məktubunda bütün keçən il ərzində Fransanın Ermənistan tərəfindən törədilmiş təxribatlara verdiyi siyasi-mənəvi dəstəyinə qarşı Milli Məclisin rəhbərliyi, müvafiq komitə və şöbələri, parlamentlərarası işçi qrupları və eləcə də ayrı-ayrı deputatlar tərəfindən atılmış çoxsaylı addımları sadalayıb.
Cavanşir Feyziyev qeyd edib ki, “…keçən ilin noyabr və dekabr aylarında Fransa Senatında və Milli Assambleyasında ölkəmiz əleyhinə qəbul olunmuş qətnamələrin müzakirəsinə qarşı Milli Məclisin plenar sessiyalarında qızğın debatlar olub və Fransanın bölgəmizlə bağlı yürütdüyü ədalətsiz siyasəti kəskin şəkildə pislənib, hətta Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılması ilə bağlı Milli Məclis tərəfindən hökümətə müvafiq təklif də qəbul olunub”.
Keçən həftə ərzində Fransa Senatı sədrinin böyük bir nümayəndə heyəti ilə Ermənistana səfərinə toxunan millət vəkili yazıb. “… keçən həftə ərzində Fransa Senatının sədri Jerar Larşenin qondarma “soyqırımının” ildönümü ilə bağlı Ermənistana etdiyi səfər çərçivəsində verdiyi açıqlamalara Milli Məclisin Sədri xanım Sahibə Qafarova və eləcə də çoxsaylı millət vəkilləri tərəfindən kəskin reaksiya verilmişdir. Həmçinin Milli Məclisin 27 aprel tarixində keçirilən son Plenar Sessiyasında Milli Məclisin Sədri və Azərbaycan-Fransa parlamentlərarası işçi qrupun rəhbəri Fransa Senatı sədrinin açıqlamalarına öz kəskin etirazlarını bir daha ifadə ediblər. Hal-hazırda Fransa Milli Assambleyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan növbəti anti-Azərbaycan xarakterli qətnamənin layihəsinin qarşısının alınması üçün həm Milli Məclis səviyyəsində, həm də diplomatik təmaslar vasitəsilə Fransanın müvafiq siyasi dairələri ilə fəal iş aparılır…”
Milli Məclis tərəfindən vaxtında və yerində atılmış adekvat addımlar haqqında bütün məlumatların Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi açıqlamalarda, eləcə də mətbuatda dərc olunmuş çoxsaylı məqalələrdə və ictimai-siyasi məzmunlu televiziya verilişlərində ölkə ictimaiyyətinin diqqətinə çatdırıldığını vurğulayan millət vəkili Haqqın.az redaksiyasının bütün bunlardan “xəbərsiz” olduğundan təəccübləndiyini və təəssüfləndiyini bildirib.
Deputatın etirazı Haqqın.az saytının özündə yayımlanıb. Sevindirici hal odur ki, bu fakt öz-özlüyündə Azərbaycanın mətbuat mühitində yeni bir yanaşmanın formalaşdığını, on-line medianın etik çalarlar qazanmağa başladığını və qərəzsizliyini göstərir. Azərbaycanda media mühitinin sağlamlaşmasına xidmət edən hər bir addım rəğbətə layiqdir.

 

Cavanşir Feyziyev
Millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki