image-zulfiyye-mustafayevabackend

Haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar

image-reklam_sirab_01

Hələ Çar Rusiyası dövründən Azərbaycan ərazilərinə köçürülən və bizim torpaqlarımızda məskunlaşmağa başlayan ermənilər, ərazi adlarımızı özününküləşdirməyə başlamış, Vətənimizdə yurd-yuva salmaq üçün əllərindən gələni əsirgəməmişdirlər.

90-cı illərin əvvəlləri isə ermənilər üçün onillərlə gözlədikləri əsl fürsətə çevrilmişdi. Azərbaycanda hökm sürən siyasi xaotiklik, Sovet İmpersiyasının dağılması nəticəsində yaranmış daxili hakimiyyət çəkişmələri, yarıtmaz idarəçilik nəticəsində təəssüf ki, ermənilər öz böyük arzularına çatmış oldu. Dilbər guşələrimiz, torpağının üstü də altı da sərvət olan Qarabağımız, yurdsuz-yuvasız, heç bir tarixə, kökə malik olmayan, kiçik erməni tayfasının əsarəti altına keçdi. Bu işğal təkcə ərazilərimizin itirilməsi ilə yox, eyni zamanda soydaşlarımızın başına gətirilmiş faciələrlə, soyqırımlarla bizə ömrümüzün sonuna kimi unutmyacağımız dərd, dərin bir yara olmuşdu. Bu yaranın sağalmamasının ən böyük səbəbi isə 30 ilə yaxın uzun bir müddətin keçməsinə baxmayaraq hələ də, Vətənimizin əsarət altında qalması və gündən günə sanki ümidlərimizin itirilməsi idi. Sanki heç vaxt bir də Qarabağımıza ayaq basa bilməyəcəkdik, heç vaxt ata ocağımızın odunun, közünün qoxusunu ala bilməyəcəkdik…

Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirir, ərazilərimizdə təxribatlar törədir, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açır, neçə-neçə soydaşımızın ölümünə, yaralanmasına səbəb olurdular.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.

Lakin Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla yerinə yetirdi. İllərlə həsrətində olduğumuz, sanki heç vaxt qayıtmayacaqmış kimi hiss etdiyimiz ata ocağımız bizə qayıtdı.

Sevincimizi, xoşbəxtliyimizi sözlərlə ifadə etməyimiz nə qədər çətindirsə, Şəhid olmuş, sağlamlığını itirmiş Vətən oğullarımız üçün hiss etdiyimiz kədəri də təsvir etmək bir o qədər ağır və mürəkkəbdir.

Lakin dövlətimizin və dövlət başçımızın diqqət ayırdığı ən birinci istiqamət 44 günlük Vətən müharibəsində şücaət göstərmiş Şəhidlərimizin əmanət qoyub getdikləri ailələrinin sosial rifahının, həyat şəraitinin yüksəldilməsi və qazilərimizə diqqət və qayğının göstərilməsi oldu.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım dövlət başçısının şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın ən böyük göstəricisidir.

Suraxanı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zülfiyyə Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki