image-7xg6llns1s9vbackend

Həmin Göyüşov: ağıllı üz ifadəsi ilə sarsaqlamaq haqda Yaxud bu tipin şəhidlər mövzusuna toxunmağa mənəvi haqqı varmı?

image-reklam_sirab_01

“Həmin Münhauzen” filmində baş qəhrəman razılaşmamaq mümkün olmayan bir cümlə işlədir: “Ağıllı üz ağıl əlaməti deyil, cənablar. Yer üzündəki bütün axmaqlıqlar bu ifadə ilə edilir”. Mən bu ifadəni tarixçi-türkoloq Altay Göyüşovun  Facebook səhifəsində paylaşdığı statusu ilə tanış olandan sonra xatırladım.

O, oxucularına bildirib ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev türk dünyasının siyasi inkişafında yeni mərhələdən bəhs edən məqalə yazıb. “Qısa məğzi budur ki, kasıb-kusubun uşağı permanent müharibədə qırılsın, biz isə Londonda yeni müklər alaq”, – deyə o qeyd edib.

Elmin “yanan şamı” iddiası ilə çıxış edən adam özünü mövcud reallıqların olduqca primitiv anlayış daşıyıcısı kimi ortaya qoyub. Bütün bunların fonunda Engelsin Kautski ilə yazışmasından danışan Şarikov belə, daha az komik görünür. Çünki biz burada Milli Məclis deputatının yazdıqlarının mahiyyəti ilə bağlı geniş müzakirə əvəzinə, primitiv manipulyasiya görürük…

Özü də  baxmayaraq ki, D.Feyziyevin qaldırdığı mövzu A.Göyüşova yaxın olmalıdır.

Məsələn, C.Feyziyevin məqaləsində deyilir: “Cari il üç böyük hadisə ilə əlamətdar oldu-Azərbaycan Vətən müharibəsində Qələbənin ildönümünü qeyd etdi, Azərbaycan ilə Türkiyə arasında İttifaq haqqında Şuşa Bəyannaməsi imzalandı, bunun ardınca İstanbulda Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının VIII Zirvə toplantısı keçirildi”.

Burda nə səhv var, A.Göyüşov nə ilə razılaşmır? Ümumiyyətlə, o, C.Feyziyevin məqaləsini oxuyubmu, yoxsa məşhur bir lətifənin qəhrəmanı kimi hesab edir ki, “çukça – oxucu deyil, çukça – yazıçıdır”?

Yaxud, bəlkə türkşünas-alim  MM-in deputatının hazırkı Zirvə toplantısının çox böyük tarixi əhəmiyyətə malik olması barədə dedikləri ilə razılaşmır? Haqqı var. Amma məsələ ondadır ki, biz onun tərəfindən məntiqi arqumentlərə az da olsa bənzəyən  heç nə görmədik.

Bəli, düşünmək olardı ki, müzakirə üçün geniş meydan açılıb, hansına ki, alim-türkoloq A.Göyüşov hazır olmalıdır. Amma reallıqda populistlərin sevimli atına minməklə “like” toplamaq cəhdini – manipulyasiya xarakterli açıqlamaları gördük. Aydındır ki, yalnız Göyüşov kimi yalan danışmağa və manipulyasiya etməyə öyrəşmiş adam belə nəticə çıxara bilərdi.

Şübhəsiz, əvvəl yazdığımız kimi, C.Feyziyev dünyanın istənilən yerində daşınmaz əmlak almaq hüququna malik olan tanınmış iş adamıdır. Onu da xatırladım ki, MM-in bu deputatının sərmayələrinin mənşəyi, qanuniliyi və təmizliyi C.Feyziyevin qohumlarına viza verilməsi məsələsinə baxıldığı bir neçə ildə bütün aidiyyəti nazirliklər, eləcə də  Böyük Britaniya departamentləri tərəfindən və s. yoxlanılıb. Və sonda C.Feyziyevin həyat yoldaşı və oğluna Böyük Britaniyada yaşamaq icazəsi verilməsi onu deməyə əsas verir ki, ona qarşı, sadəcə olaraq, heç bir iddia ola bilməz.

Onların C.Feyziyevlə tanış olmayan və özü ABŞ-da yaşayan A.Göyüşovda yaranması daha təəccüblüdür. Özünü kristal alim kimi təqdim etməyə öyrəşmiş birindən soruşmağın vaxtı deyilmi ki, Amerika Birləşmiş Ştatlarında hansı vəsaitlə yaşayırsınız? Bunlar Altay müəllimin müxtəlif donor təşkilatlarının qrantlarını mənimsədiyi dövrdə yığılanlar deyil ki? Amma adamı şoka salan hətta bu da deyil.

Bağlılığı olmayanları birləşdirmək cəhdi heyrət doğurur. Birinci Qarabağ müharibəsində, 44 günlük müharibədə, bu müharibələr arasındakı fasilədə və ya indi erməni qoşunlarının növbəti təxribatının dəf edilməsi zamanı həlak olan bütün şəhidlərimizin xatirəsi hər birimiz üçün müqəddəsdir. Təbii, bu, işğaldan azad edilmiş Ağdamdan olan A.Göyüşov üçün də müqəddəs olmalıdır.

Müvafiq olaraq, şəhidlərin xatirəsi ilə manipulyasiya cəhdinin özü küfrdür, xüsusən də bu, təmizliyi sınaqdan keçirilmiş və sübuta yetirilmiş vəsaitlə hardasa nəsə alan şəxsə qarşı anlaşılmaz iddialar səsləndirməklə həyata keçirilirsə… Bu halda Altay müəllim böhtan atmaq qərarına gəldiyi şəxs barəsində məlumat toplamağa  belə lüzum görməyib.

Əks halda, Göyüşov öyrənərdi ki, C.Feyziyev on illərdir, doğma Şəki sakinlərinə, o cümlədən şəhid ailələrinə və tələbələrə yardım edir. Kiməsə ev tikdirib, kimin  isə evini təmir etdirib. Kiməsə aylıq maddi yardım ayırır. Bütövlükdə isə, türkşünasın nəzərinə çatdırmaq istəyirik ki, C.Feyziyev bütün bu illər ərzində xeyriyyə işlərinə 50 milyon manata yaxın vəsait xərcləyib.

Beləliklə, Göyüşov tərəfindən edilən hücum tamamilə çirkin və yersizdir. Amma təəccüblüdürmü? Heç də yox. Buna əmin olmaq üçün Altay müəllimin yaxın keçmişindən cəmi bir faktı gətirim. Onun ABŞ-da yaşayan blogger İsmayıl Cəlilovun YouTube kanalında çıxışı zamanı verdiyi açıqlamalarının videoyazısı var. Qeydlər işğal edilmiş torpaqların azad olunması üzrə Azərbaycan Ordusunun əks-hücum əməliyyatının başlanmasına bir neçə ay qalmış aparılıb.

Altay Göyüşovun bəzi açıqlamalarını təqdim edirəm: “Ordunun hazırkı acınacaqlı vəziyyətində hərbi əməliyyatların başlanğıcında Azərbaycan tərəfinin çoxsaylı itkiləri qaçılmazdır. Üstəlik, yeni ərazilərin itirilməsi də istisna deyil”; “Çünki qələbəyə 100 faiz əmin olmaq mümkün deyil. Müharibəyə başlayıb, qələbəyə əmin ola bilmirsən, risk edirsən. Elə deyilmi?”; “Və bəyan edirəm – indiki şəraitdə Azərbaycanın hərbi əməliyyatlara başlaması ən böyük axmaqlıqdır. Çünki indiki şəraitdə Azərbaycanın qələbə qazanması mümkün deyil. Mən hələ məsələnin geosiyasi tərəfini demirəm”; “Mən tam əminəm ki, Azərbaycan ordusu müharibə aparmağa qadir deyil”.

Uzun müddətdir Azərbaycandan kənarda yaşayan qrantyeyən Vətən sevgisini bax belə nümayiş etdirib. O, ordumuzun bütün işğal olunmuş əraziləri geri qaytara biləcəyini belə şübhə altına almışdı. O, torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatı axmaqlıq adlandırmışdı. Bütün bunlar isə elə həmin  manipulyasiya idi – A.Göyüşovun sevimli silahı. Bu tipin şəhidlər mövzusuna toxunmağa mənəvi haqqı varmı? Sual, şəxsən mənim üçün ritorikdir. Üstəlik, şəxsən mənə o da aydındır ki, biz üzə ağıllı ifadə verməklə cəfəngiyyatın necə səsləndirilməsinin növbəti sübutu ilə üzləşmişik…

S. Əkbərov

Korrespondent.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki