image-34backend

Hərbi və terror əleyhinə əməliyyatlar zamanı medianın fəaliyyəti müəyyən edilir

image-reklam_sirab_01

Hərbi və fövqəladə vəziyyət dövründə media subyektlərinin və jurnalistlərin fəaliyyət qaydası yeni qanun layihəsi ilə müəyyənləşir.

Vətəninfo.az-ın xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, hərbi və fövqəladə vəziyyət dövründə media sahəsində çalışan işçilərin fəaliyyəti müvafiq olaraq “Hərbi vəziyyət haqqında” və “Fövqəladə vəziyyət haqqında” qanunlarla tənzimlənir. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi isə əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

Layihədə qeyd edilib ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir. “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.

Terror əleyhinə aparılan əməliyyat zonasında media subyektlərinin və jurnalistlərin fəaliyyəti “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunla tənzimlənir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki