image-1backend

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

image-reklam_sirab_01

Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin 24-cü buraxılışı münasibətilə tədbir keçirilib.

Vətəninfo.az-ın məlumatına görə, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə mərasimə hazırlıq barədə raport verib.

Səlahiyyətli nümayəndə kursantları salamlayıb.

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov və Heydər Əliyev adına Hərbi Liseyin məzunu Ülvi Əzizzadə tədbirdə çıxış ediblər.

Daha sonra səlahiyyətli nümayəndə Fuad Nəcəfli liseyin ingilis dili müəllimi Mətanət Eminovaya “Əməkdar müəllim” fəxri adının döş nişanını və əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Kursant Anar Allahverdiyev təhsil ocağının rəmzi kötüyünə 2024-cü ilin xatirə nişanını vurduqdan sonra Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Orkestrin müşayiətilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Səlahiyyətli nümayəndə Ümummilli Lider Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image