image-311329382_8478713042168796_2882981677880531692_n-1backend

I və II Qarabağ qaziləri ilə görüş keçirilib

image-reklam_sirab_01

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qazilər – Turabi Allahverdiyev, Hasil Hümbətov və Rey Kərimoğlunun tələbələrlə görüşü keçirilib.

Veteninfo.az xəbər verir ki, görüşdə tələbələrlə yanaşı, AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev və Tələbə Həmkarlar Təşkilatı Komitəsinin (THİK) sədri Bayram Aslanov da iştirak ediblər.

Qazilər çıxış edərək tələbələrə I və II Qarabağ müharibəsi, Aprel döyüşləri, eləcə də bəzi mühüm hərbi əməliyyatlar haqqında danışıblar. Qeyd olunubdur ki, Azərbaycanda ordu, xalq və siyasi hakimiyyətin birliyi ermənillərin 30 illik hərbi istehkamlarını, ordularını və yaratdıqları mifi 44 gündə darmadağın etdi.

Çıxışlarda Prezident İlham Əliyevin müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə informasiya blokadasını məharətlə yarmasının, apardığı uğurlu xarici siyasətin və ordunun əzmlə döyüşməsinin zəfərimizin təminatçısı olduğu diqqətə çatdırılıb.
Çıxışlardan sonra qonaqlar tələbələrin suallarını cavablandırıblar.

Görüşün sonunda AzMİU-nun II Qarabağ müharibəsində şəhid olan məzunu Elsevər Əhədzadənin xatirəsinə həsr olunan fakültələrarası şahmat turnirinin qalibləri elan edilib və diplomlar təqdim olunub. Şahmat turnirində I yeri Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, II yeri İnşaat, III yeri isə Tikinti-iqtisad fakültəsinin komandası qazanıb.

Qeyd edək ki, qazilərlə tələbələrin görüşü Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrand müsabiqəsində qalib olan ““Şanlı zəfərimiz” müharibə iştirakçılarının gözü ilə” layihəsi çərçivəsində təşkil olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki