image-o_1grq9m5mppl61bge10id14bm1d2419backend

“İctimai Müzakirə” adlı layihəyə start verilib

image-reklam_sirab_01

“Davam” Gənclər Hərəkatı və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi arasında imzalanan memoranduma əsasən, tərəflərin birgə təşkilatçılığı ilə “İctimai Müzakirə” adlı layihəyə start verilib.

Layihə çərçivəsində 17 mart tarixində “Heydər Əliyev İli”nə həsr olunmuş görüş baş tutub. Görüşdə Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili, media nümayəndələri və davamçılar iştirak edib.

Görüş zamanı müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, banisi olduğu dövlət gənclər siyasətinin ideoloji-siyasi konturlarının müəyyənləşdirilməsi istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımlar barədə müzakirələr aparılıb, gənclərin çoxsaylı sualları cavablandırılıb.

image-o_1grq9m5mpu588r3nkbrafqeq1e image-o_1grq9m5mp1r7j1pio9k6h0u3r91d image-o_1grq9m5mpeb11p5vmgt16d11usf1c image-o_1grq9m5mp1sfj1ll01rhpjhd122d1a image-o_1grq9m5mppl61bge10id14bm1d2419 image-o_1grq9m5mp10h4917f2i1t1gks18 image-o_1grq9m5mp1njfvsv61t1thshf217

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki