image-05412e1f-a6db-48ed-b1e1-730db87c3c9e-1backend

İKİNCİLİ SONSUZLUQ NƏDİR?

image-reklam_sirab_01

Bu gün qadın xəstəliklərinin cavanlaşması, hətta artıq çox erkən yaşlarda qızların müəyyən narahatlıqlarla həkim-ginekoloqlara müraciəti intensivləşib. Aidiyyatı araşdırmalar belə deməyə əsas verir ki, 100 qadından 60-da rastlanan qadın xəstəliklərinin  gəncləşməsi, bu gün xanımların, xüsusilə gənc qızların qadın sağlamlığı ilə bağlı maarifləndirilməsinə ciddi ehtiyac yaradır. Sosial media üzərində qadınların təkrar-təkrar soğuladığı məsələlərə aydınlıq gətirmək məqsədilə, ünvanlanan suallara cavab tapmaq istəklərini nəzərə alaraq problemlərə peşəkar həkimlərin yanaşmasını təqdim edirik.  Mama-ginekoloq, Dr. Ləman Əliyeva sosial mediada tez-tez müzakirə edilən ikincili sonsuzluq probleminə aydınlıq gətirir.

– Bu gün qadınları  narahat edən mövzulardan biri də   ikincili sonsuzluqla bağlıdır.  Son zamanlar problemlə bağlı müzakirələr daha da çoxalıb. Bu problemin kökündə dayanan səbəblər necə izah oluna bilər?  Və bu problemin yaranmaması üçün hansı profilaktik tədbirlər görülməlidir?

– İkincili sonsuzluq əvvəllər hamiləliyi olmuş qadının sonradan heç bir qorunma üsulundan istifadə etmədiyi halda hamilə qalmamasıdır. Əlbəttə, bu nəticənin müxtəlif səbəbləri var: Qeyri düzgün qidalanma və həyat tərzi, spirtli içkilər və siqaret, yaş faktoru, artıq çəki, stresli iş rejimi, abort zamanı uşaqlığın endometriya təbəqəsinin həddindən artıq qaşınması, hormonal fəaliyyətin pozulması, cinsi yolla keçən infeksiyalar,  endometrioz, uşaqlığın miomaları,  erkən klimaks,  kişilərdə spermaqrammada pozulmalar və s. Bir də mənşəyi bilinməyən ikincili sonsuzluq olur ki, bunun müalicəsi daha mürəkkəbdir. Müalicə hər zaman səbəbdən asılı olaraq müəyyən edilir. Son illərin ən geniş yayılmış müalicə üsulu isə süni mayalanmadır ki, bu da dövrümüzdə əksəriyyətə bəllidir. Anacaq bu yeganə həll variantı deyil. Bununla yanaşı aşılama və ovulyasiyanın induksiyası da effektiv müalicə üsulları hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki