Azərbaycan Prezidenti İlham Əliyev gələn həftə Rusiyaya səfər edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfər aprelin 22-də baş tutacaq. Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq.
Danışqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin nəzərdən keçirilməsi, habelə aktual regional məsələlər barədə ətraflı fikir mübadiləsinin aparılması planlaşdırılır.
Dövlət başçıları Baykal-Amur Magistralının tikintisinə başlanılmasının 50 illiyi münasibətilə dəmir yolu sənayesinin veteranları və işçiləri ilə görüşəcəklər.