Azərbaycanda redaktor və jurnalistlərə informasiyanın mənbəyinin hansı hallarda açıqlamalarına dair tələblər müəyyənləşib.
Vətəninfo.az-ın xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:
1. insan həyatının müdafiəsi üçün;
2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;
3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.
4. Bu qanunun 15.1.3-cü maddəsinin tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır.