image-1backend

İran XİN: “Biz Ermənistan və Azərbaycan arasında əməkdaşlığa hazırıq”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani jurnalistlər üçün həftəlik brifinq keçirib.
Sual: Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair birgə bəyanatın imzalanması, iki ölkənin həbsdə olan hərbçilərinin azad edilməsinə dair razılaşması və Tehranın bu birgə bəyanata münasibəti necədir?
– Biz Azərbaycan və Ermənistanın etimadın yaradılması üzrə qarşılıqlı tədbirlər, o cümlədən həbsdə olan hərbçilərin və digər məhbusların azad edilməsi ilə bağlı birgə bəyanatını alqışlayırıq və bunu iki ölkə arasında sülhə nail olmaq və sülh sazişinin əldə olunması üçün etimad quruculuğu tədbirlərinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunması istiqamətində konstruktiv, müsbət və təqdirəlayiq addım hesab edirik.
– Bu birgə bəyanat regional problemlərin həlli üçün regional dialoqun və mexanizmlərin nə qədər səmərəli ola biləcəyini göstərir.
– Bölgədə davamlı sülhə nail olmaq sülh dilinin və etimad mühitinin gücləndirilməsini tələb edir.
– Ümid edirik ki, iki ölkə arasında sülh danışıqları prosesi səmərəli nəticələr verəcək. Biz İran olaraq biz bu məsələni alqışlayırıq və davamlı, ədalətli sülhə nail olmaq və Qafqazda daha çox inteqrasiya yaratmaq üçün bu iki ölkə ilə əməkdaşlığa hazırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki