İordaniya İranın İsrail istiqamətində atdığı raketlərin bir hissəsinin krallığın ərazisinə düşdüyünü, nəticədə 3 nəfərin yüngül xəsarət aldığını bildirib. Vətəninfo.az-ın məlumatına görə , İordaniyanın dövlət xəbər agentliyi ölkə baş verənləri pisləyib.
İordaniya hökumətinin rabitə naziri Mohamad Momani bəyan edib ki, ölkənin mövqeyi aydın və dönməzdir: o, tərəflərdən heç biri üçün döyüş meydanına çevrilməyəcək.
“İordaniya və İordaniyalıları qorumaq bizim əsas məsuliyyətimizdir” dedi.
Hücum nəticəsində maddi ziyan da dəyib, məbləği təxmin edilir.
Oktyabrın 1-i axşam saatlarında İran İsrailə 180-dən çox ballistik raket atıb və onların əksəriyyəti, İsrail tərəfinin məlumatına görə, vurulub. Tehranın məlumatına görə, İsrailin “Mossad” kəşfiyyat xidmətinin qərargahına, F-15 təyyarələrinin yerləşdiyi “Nevatim” aviabazasına, həmçinin “Hatzerim” hərbi bazasına hücumlar edilib.
İran hücumun bitdiyini açıqlayıb.