Avqustun 30-da İstanbulda İranla bağlı görüş keçiriləcək və görüşdə Aİ üçlüyünün (Böyük Britaniya, Almaniya və Fransa), Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirləri iştirak edəcək. Vətəninfo.az xəbər verir ki , bu barədə DPA xəbər agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Danışıqların təşəbbüskarı Almaniya və Türkiyə tərəfləri olub. Nazirlər digər məsələlərlə yanaşı, Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi yollarını və regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər. İştirakçı ölkələr görüşün ABŞ-a İranla danışıqların davam etdirilməsinin zəruriliyi barədə siqnal göndərəcəyini gözləyirlər.


























