Vətəninfo.az xəbər verir ki, İran-Avrasiya Araşdırmaları İnstitutunun İdarə Heyətinin üzvü, professor Mahmud Şuri “Eco İran” saytına müsahibəsində Rusiyanın İranın mövqeyinə uyğun olmayan Fars körfəzindəki üç ada (Əbu Musa, Böyük Tonb və Kiçik Tonb) məsələsində BƏƏ-ni və Zənəgəzur dəhlizinin açılmasında Azərbaycanı dəstəkləməsini şərh edib.
Rusiyanın öz siyasətini İranı dəstəkləyəcək şəkildə nizamlamasını gözlədiklərini deyən professor əlavə edib:
“Rusiyanın öz siyasətini İranla koordinasiya etməsi yanlış fikirdir. Nə İran, nə də Rusiya heç vaxt öz siyasətini bir-biri ilə koordinasiya etməyib. İki ölkənin siyasətinin haradasa bir-birinə yaxın olması doğrudur, ancaq İran da, Rusiya da öz müstəqil siyasətini yürüdür. Fikrimcə, Rusiyanın öz hədəflərinin olmasını nəzərə alaraq onun siyasətinə baxmağımız daha yaxşı olar, ancaq Rusiyanın hədəfləri İranın maraqlarını nəzərə almır. Buna görə də, biz həmişə ruslarla münasibətdə olmalıyıq ki, ölkənin siyasəti hər an dəyişə bilər. Bu halda biz Rusiya ilə daha tarazlı qarşılıqlı fəaliyyət göstərə bilərik”.