İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyat zamanı bir əsgər şəhid olub.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücumda qəhrəman silahdaşımız leytenant Eril Alperen Emir şəhid olub. Bizi kədərləndirən bu hadisə nəticəsində həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqımıza dərin hüznlə başsağlığı veririk”.


























