image-img-20210724-wa0001backend

İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi

image-reklam_sirab_01

30 ilə yaxın idi ki, Azərbaycanın qarşısında çox mühüm bir məsələ dururdu-öz əzəli və əbədi torpaqlarını düşmənin tapdağı altından xilas etmək. Gənc ancaq güclü iqtisadiyyata, savadlı və uzaqgörən rəhbərə, yüksək hərbi-vətənpərvərlik ruhuna gəncliyə malik ölkəmiz bunun öhdəsindən məharətlə gəldi, siyasi və iqtisadi gücünü, güclü hərbi bazasını, rəşadətli ordusunu bütün dünyaya tanıtdı.
İndi isə bizi daha bir mühüm vəzifə gözləyir, indi Qarabağımızın yenidən dirçəldilməsi, yenidən qurma işlərinin aparılması, güc birliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bütün infrastukturun yenidən qurulması zamanıdır. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələ ilə bağlı qarşıya qoyulan hədəfləri cəmiyyətimizə çatdırıb. Azərbaycan güclü dövlət kimi işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı vurğulayıb ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb.
İşğaldan azad edilmiş torpaqlarımız, potensialı ən yüksək olan ərazilərimizdir. İşğalçı ölkə 30 ilə yaxın bir müddətdə talan etdiyi Qarabağımız, bizim sərvətimizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərinin yenidən bərpası Azərbaycan xalqının son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfəri oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların el-obasına qayıdışı mütləqdir. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Fikrimcə, Böyük Qayıdış yolundakı bütün fəaliyyətlərdə, hər sahədə gənclər daha fəal olmalıdır.
Bildiyimiz kimi, bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır.
İşğaldan azad olunmuş Qarabağda ərazilərdə sistemli şəkildə yenidənqurma işləri həyata keçiriləcək, əhalinin məskunlaşdırılması böyük potensiala malik regionun iqtisadiyyatının inkişafını sürətləndirəcək. Düzdür bu proses böyük vəsait tələb edəcək, ancaq Qarabağımızı yenidən cənnət bir məkana çevirəcək bu tədbirlərin maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübədən də istifadə edilməsi qaçılmazdır. Nəticədə Azərbaycan dövlətinin və cəmiyyətinin, xarici tərəfdaşların da iştirakı ilə bərpa və yenidənqurma işləri uğurla icra ediləcək.
Suraxanı Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Elnarə Cəbrayılova

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki