image-agdambackend

   İşğalın acı nəticələri

image-reklam_sirab_01

 

 

Vətən anadır!

Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar.

Uşaq yaşımızdan başlayaraq , ta ki özümüzü dərk etdiyimiz zamana qədər valideyinlərimiz bu iki ifadəni daim səsləndirmiş və bizlər bunu yaddaşımıza həkk etmişik. Özümüzü dərk etdiyimiz zamandan isə bu əqidə ilə yaşayırıq. İllərdir ürək yaramız, həsrətimiz olan Qarabağla yanıb-tutuşurduq. Hər zaman bir ümidimiz var idi. Əlbət bir gün bayrağımızı yenə Qarabağa sancarıq, Cıdır düzündə at çaparıq, Şuşa dağlarında Bayatı-şiraz səsləndirərik…. gələn il inşAllah Qarabağda edərik bunu … kimi inanclarımız, ümidimiz var idi. Heç bir zaman ümidimizi itirmədik. Nə qədər itkilər versək belə ana Vətənə qovuşmaq arzusu bizi dahada əzmkar, inadkar edirdi.

İllər sonra artıq zaman yetişdi. İllərin səbri tükənmiş, igidlərimizin ürəyi Vətən həsrətinə dözə bilmirdi. Tovuz döyüşlərində Polad Həşimovun şəhadətə ucalması artıq son damla idi. Artıq müharibənin sentyabr ayında başlaması ümidlərimizin gerçəkləşməsi ilə nəticələndi. İllərin həsrətinə son qoyuldu. İşğaldan azad olunan yurdumuz Ana Vətənə qovuşdu. İgidlərimizin əzmkarlığı sayəsində. Amma acımız da çox oldu….

Ta qədimə nəzə salsaq .,Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

 

Ermənistan Respublikasının Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmır, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurmuşdur.

Bəli, şükürlər olsunki artıq Qarabağ bizimdir. Vurulan maddi zərər, dağıdılan yerlər əlbət bir gün bərpa olacaq. İşğalın ən acı nəticələri, mənəvi vurulan zərər idi.

Bəli torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar,.. bir gözümüz gülsədə, bir gözümüz həmişə qan ağlayır. Həmişə fəxr edəcəyik Şəhidlərimizlə, qazilərimizlə, igidlərimizlə… Hər Qarabağ adı gəldikdə onları anacayıq,unutmayacayıq, unutmamalıyıq! Və bu Zəfərin ən hüzünlü yeri şəhadətə ucalan şəhidlərmizdir. Düzdü hər kəsə nəsib olmaz ama kaşkı onlarda ailələrin yanında olardı … Haqqınızı halal edin..

 

Azərbaycan Dillər Universiteti

Orucova Fatimə

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki