Qəzza zolağında iki jurnalist öldürülüb. Vətəninfo.az WAFA-ya istinadən verdiyi məlumata görə, Qəzza zolağında yerli mediada işləyən jurnalist Səid əl-Tavil və fotoqraf Məhəmməd Sobh öldürülüb.
Daha bir jurnalist yaralanıb.
Qəzza zolağı hökumətinin xəbər agentliyi əl-Tavil və Sobhın ölümünü təsdiqləyib.
Departament qeyd edib ki, jurnalistlər Qəzzanın qərbində yaşayış binalarından birinin boşaldılmasını işıqlandırıblar.
Əl-Mayadeen-in məlumatına görə, xəsarət alan jurnalistin adı Hişam ən-Nəvacadır.


























