image-reklam-veteninfo
image-1backend

İsrail Suriyanı raket atəşinə tutdu – SANA 

image-reklam-veteninfo

Dekabrın 10-da axşam saatlarında Suriyanın hava hücumundan müdafiə qüvvələri Dəməşq səmasında İsrailin bir neçə raketini vurub. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə ölkənin silahlı qüvvələrindəki mənbəsinə istinadən SANA agentliyi məlumat yayıb .

“Bu gün saat 23:05 radələrində İsrail düşməni işğal altındakı Qolan təpələrindən Dəməşq yaxınlığındakı bir sıra mövqeləri hədəfə alaraq hava hücumu həyata keçirib. Müdafiəmiz raket buraxılışına cavab verib və onların bəzilərini vurub”, – mənbə bildirib.

Hərbçilərin məlumatına görə, atəş nəticəsində maddi ziyan dəyib, şəxsi heyət arasında itki yoxdur.

İsrail Hərbi Hava Qüvvələri sonuncu dəfə dekabrın 2-də Dəməşqə hücum edib. Zərbə hökumət ordusuna qarşı döyüşən şiə milislərinin forpostu kimi xidmət edən Seyidə Zeynəb ətrafına endirilib. Kütləvi informasiya vasitələrinin məlumatına görə, iki iranlı müşavir həlak olub, daha 7 nəfər yaralanıb.

Və noyabrın 26-da Dəməşqə endirilən hava hücumu nəticəsində Dəməşqin beynəlxalq hava limanı sıradan çıxıb.

İsrail İranın dəstəyini alan “Hizbullah” şiə islamçı təşkilatının silahlılarının Suriya ərazisindəki mövqelərini hədəfə aldığını açıqlayıb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, 2023-cü ildə Əvvəldən Suriya ərazisi İsrail tərəfindən 63 dəfə hücuma məruz qalıb. Həmin zərbələr nəticəsində 110 əsgər və hərbçi həlak olub, 117 nəfər yaralanıb. Zərbələr nəticəsində 120-dən çox hədəf məhv edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki