image-7backend

İstirahət gününün hava proqnozu açıqlandı

image-reklam_sirab_01
Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsaəsn, oktyabrın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki