image-2b2583ac-d672-3bc8-9227-51d8e7754393_850backend

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

image-reklam_sirab_01

Kanada anti-Rusiya sanksiyalarını genişləndirib və sanksiya siyahısına 34 şəxs əlavə edib.

Bu barədə Kanadanın xarici işlər naziri Melani Colinin bəyanatında deyilir.

Bəyanata görə, Rusiyanın əsassız işğalı və Ukrayna ərazisini ilhaq cəhdi ilə əlaqədar əlavə sanksiyalar tətbiq edilir.

Siyahıya 34 nəfər və “Zvezda” telekanalı daxildir. Onlar arasında Rusiya Prezidentinin köməkçisi və keçmiş mədəniyyət naziri Vladimir Medinski, aktyorlar Sergey Bezrukov, Dmitri Pevtsov və Vladimir Maşkov, jurnalistlər Pavel Qusev, Nailə Əsgər-zadə, Kirill Kleimenov, Andrey Kondraşov, idman şərhçisi Dmitri Quberniyev, “Qazprom-Media”nın baş direktorunun müavini Tina Kandelaki da var.

Belə ki, sanksiya siyahısına müharibə ilə bağlı dezinformasiya yayan şəxslər və qurumlar daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki