image-agac-1x1backend

Kapital Bank meşələrin bərpası üçün Türkiyəyə dəstək göstərdi

image-reklam_sirab_01

Son günlər Türkiyənin bir sıra bölgələrində yayılan meşə yanğınları nəticəsində ölkənin təbiətinə ciddi zərər dəyib. Təbii fəlakətin və onun nəticələrinin aradan qaldırılması üçün həm dövlətimiz, həm də Azərbaycanın müxtəlif qurumları qardaş ölkəyə əlindən gələn dəstəyi göstərməyə çalışırlar.

Bir müddət əvvəl Azərbaycan Banklar Assosiasiyası Türkiyədə baş vermiş yanğınlar səbəbindən məhv olan meşələrin bərpası məqsədilə xeyirxah təşəbbüsə start verdi. Ölkənin birinci bankı olan Kapital Bank bu təşəbbüsə qoşularaq qardaş ölkəyə öz dəstəyini göstərdi.

Belə ki, Kapital Bank yardım məqsədilə hər bir əməkdaşının adından 5 ədəd olmaqla, ümumilikdə Türkiyəyə 18970 ədəd ağac tingi bağışladı. Bankın atdığı bu addım bir daha onu sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı çətin anlarda da bütün dünyaya nümunədir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki