image-8backend

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşdü: Ölən var

image-reklam_sirab_01
Kəlbəcər rayonunun Zar kəndində fəhlə bədbəxt hadisə nəticəsində vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki