image-1619593006_944a0020backend

“Kimin vaxtı harda çatdı, orda da bitir, bunu qəbul etmək lazımdı…”

image-reklam_sirab_01
Xəbər verdiyimiz kimi koronavirus pandemiyasından biz Xalq artistləri Teymur Mustafayev, Rəmiş, Sabir Əliyev və Əməkdar artist Baloğlan Əşrəfovu itirdik. 
Veteninfo.az xəbər verir ki, sənət dostlarının həyatdan köçməsinə kövrələn müğənni Akif İslamzadə deyib ki, həyatı necə var el də qəbul etməliyik:
“İnsanların hərəsi bir cür vasitəylə dünyadan gedir. Kimi koronavirusla, kimisi pilləkəndən yıxılır ölür. Allah Əzrayıla deyir ki, “bəşərin canını alacaqsan, düşmən edəcəksən məni”. Əzrayıl da deyir ki, “elə edəcəm ki, səndən bilməsinlər”. Həyatı necə var, elə də qəbul etmək lazımdı. Kimin vaxtı harda çatdı və orda da bitir. Bunun dəxli yoxdur ki, insan məmurdu, müğənnidi və ya musiqiçidi. Koronavirus buna baxmır axı. Baloğlan müəllimin vəfat xəbərini dünən eşidib çox kövrəldim. Allah rəhmət eləsin”./Moderator.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki