image-63350afe-9c89-3fe9-9ca5-5990cabcc6a2_850backend

KİV: “ABŞ Rusiyaya yardım etdiyinə görə İrana sanksiya tətbiq edəcək”

image-reklam_sirab_01

ABŞ Rusiyaya yardım etdiyinə görə İrana qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır. Belə ki, Tehran Moskvaya ballistik raketlər göndərməyi də planlaşdırır.

Bu barədə “Politico” nəşri yazıb.

“Biz İrana Rusiyaya ukraynalıları öldürməyə kömək edən hər kəsə mütləq sanksiya tətbiq edəcəyik”, – Ağ ev rəsmisi deyib.

Nəşr bildirib ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası əvvəllər İranın Rusiyaya silah satışı ilə bağlı məlumatları açıqlayıb və bunun sanksiyalara səbəb olacağını vurğulayıb.

Ağ ev rəsmisi söhbətin hansı sanksiyalardan getdiyini açıqlamasa da, böyük ehtimalla bunlara iqtisadi məhdudiyyətlər və ixraca nəzarət tədbirləri daxil olacaq. “Politico” qeyd edib ki, bu, İran və Rusiyaya yardım edən üçüncü tərəflərə qarşı yönəldiləcək.

Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Shahed” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı. Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mohajer-6” və “Shahed” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi. Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı. Sentyabrın 23-də isə İran İslam Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfir akkreditasiyasından məhrum edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki