image-img-20210415-wa0021backend

Könül Nurullayeva: “Azərbaycanda gender bərabərliyinin hüquqi əsasları daha da möhkəmləndirilir”

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayeva Parlamentlərarası Birlik Beynəlxalq Təşkilatının BMT Qadın Təşkilatı ilə birgə keçirdiyi “Gender-həssas parlamentlər və parlamentlərdə gender əsaslı hüquqi islahatlar” vebinarında çıxış edib. K. Nurullayeva Azərbaycan parlamentinin bu sahədə təcrübəsini bölüşüb, eyni zamanda müvafiq təkliflər irəli sürüb. Bildirib ki, VI çağırış Azərbaycan Parlamentində mandat qazanan millət vəkillərinin 18,8% -i qadınlar, 30,36% -i isə 45 yaşınadək olan gənclərdir. Eyni zamanda Azərbaycan Milli Məslisinin spikerinin də qadın olduğunu diqqətə çatdıran K. Nurullayeva milli qanunverici orqanda gender bərabərliyinin yüksək səviyyəli təşviqindən də bəhs edib: “Bu illər ərzində Azərbaycan Parlamenti gender bərabərliyinin hüquqi əsaslarını daha da möhkəmləndirib. “21 il əvvəl nazirliklərdə, dövlət komitələrində, eləcə də digər əlaqəli təşkilatlarda gender bərabərliyini təşviq etmək və ayrı-seçkiliyi aradan qaldırmaq məqsədilə iş yerlərinə gender məsuliyyəti olan insanlar təyin edildi” deyən millət vəkili “2020-2024 Gender Bərabərliyi Milli Planı”nın hökumətə təqdim edildiyini də vurğulayıb.

Deputat həmçinin pandemiya dövründə Milli Məclisin müvafiq komitəsində məişət zorakılığına dair qanunun təkmilləşdirildiyini də diqqətə çatdırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki