image-img-20211013-wa0030backend

Könül Nurullayeva: “İpoteka kreditlərinin əlçatanlığı artırılmalıdır”

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayeva 2022-ci ilin dövlət büdcəsilə bağlı sosial problemlərin həllilə bağlı müxtəlif təkliflər irəli sürüb. Millət vəkili sosial evlərin, yataqxanaların və sığınacaq evlərinin sayının artırılmasını vacib sayır. Həmçinin ipoteka kreditlərinin həcminin artırılması, əlçatanlığının təmin edilməsini təklif edir: “Əhalinin aztəminatlı təbəqələri üçün ipotekadan istifadə imkanları mövcud tələbata adekvat olmalıdır”.
K.Nurullayeva hesab edir ki, 2022-ci il dövlət büdcəsi layihəsində əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması nəzərdə tutulsa da, bazarda qeyri-sabit qiymət artımı hallarının baş verməsi müəyyən mənada problemlər yaradır. Sosial ödənişlər bu artıma uyğun tənzimlənməlidir.
“Aydındır ki, müşahidə olunan bahalaşma həm daxili, həm də xarici səbəblərlə əlaqədardır. Azərbaycanda istehsal xərclərinin artması yerli məhsulların bahalaşmasında əsas rol oynayır. İnflyasiyanı sürətləndirən daha bir amil isə istehlak xərclərinin artması, yəni tələbin yüksəlməsi faktorudur. Bazarda baş verən təbii bahalaşmanın qarşısını isə inzibati yolla almaq mümkün deyil. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, bahalaşmadan sığortalanmaq üçün yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır. Əməkhaqları, pensiya, sosial müavinət və ödənişlər mümkün qədər artırılmalıdır”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki